Xəbər - Orxan Nəbiyev – Trend:
Norveçdə koronavirusun “omikron” ştammına ilk yoluxma halları qeydə alınıb.
Trend-in məlumatına görə, Eyqarden şəhərində iki nəfərdə yeni ştamm aşkar olunub.
Qeyd olunub ki, həmin şəxslərin Cənubi Afrika Respublikasından qayıtdıqları müəyyən edilib. Onların sağlamlıq vəziyyəti barədə ətraflı məlumat verilməyib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun Afrikanın cənubunda aşkar edilmiş В.1.1.529 ştammını “narahatlıq doğuran variant” hesab edib. Bir sıra ölkələr Afrikanın cənubundan uçuşları dayandırıb.