Ömərovun həbs müddəti daha 2 ay uzadıldı

Ömərovun həbs müddəti daha 2 ay uzadıldı

Mahaçqalanın Sovetski Rayon Məhkəməsinin qərarı ilə Serqokalinski rayonunun keçmiş rəhbəri Maqomed Ömərov çirkli pulların yuyulması işi üzrə barəsində iki ay müddətinə həbs-qətiimkan tədbiri seçilib.

AzerTimes xəbər verir ki, bu barədə Dağıstan Ali Məhkəməsinin məlumatında deyilir.

Qeyd edək ki, ötən ay Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində törədilən terror aktları zamanı Ömərovun iki oğlu, həmçinin qardaşı oğlu zərərsizləşdirilmişdi. Ömərov özü isə saxlanılmazdan öncə istefa ərizəsi yazmışdı.

Teqlər: