“Ömər aşırımı”nda hərbçilərimizin qəzaya düşməsilə bağlı cinayət işi başlandı

Xəbər - Samir Əli – Trend:

Azərbaycan Ordusunun hərbçilərinin qəzaya düşməsilə bağlı cinayət işi başlanıb.

Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev AzerTimes-ın sorğusuna cavab olaraq bildirib ki, daxil olan məlumat əsasında Gəncə hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib: “Xəbər verildiyi kimi, 28.01.2021-ci il tarixdə Kəlbəcər rayonu ərazisində, “Ömər aşırımı” adlanan yerdən keçən yolda hərəkətdə olan “Ural” markalı nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları Mustafayev Ramiz Bağman oğlu və Qaragözov Alıxan Əkbər oğlu dünyasını dəyişib.

Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək”.

Teqlər: