Ombudsmanın təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı şahidi” filmi hazırlanıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümünə
həsr olunmuş “Xocalı şahidi” adlı film hazırlanıb.

Filmdə Xocalıda 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə
törədilmiş kütləvi qırğın, mülki əhalinin soyqırım zamanı və
girovluqda məruz qaldıqları işgəncələr, onların itkin düşmüş
yaxınları barədə məlumatlar faktlar əsasında təqdim olunmaqla
yanaşı, Ombudsmanın bu soyqırım cinayətinə hüquqi qiymət verilməsi
barədə dünya ictimaiyyətinə çağırışı da yer alıb.

Videonu aşağıdakı linkdən yükləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=0V99m8fWXis

Teqlər: