Ombudsmanın təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı şahidi” adlı film hazırlanıb (VİDEO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümünə
həsr olunmuş “Xocalı şahidi” adlı film hazırlanıb.

Ombudsman Aparatından AzerTimes-a verilən məlumata görə, filmdə Xocalıda 1992-ci
il fevralın 25-dən 26-sına keçən gecə törədilmiş kütləvi qırğın,
mülki şəxslərin soyqırım zamanı və girovluqda məruz qaldığı
işgəncələr, onların itkin düşmüş yaxınları barədə məlumatlar
faktlar əsasında təqdim olunmaqla yanaşı, Ombudsmanın bu soyqırım
cinayətinə hüquqi qiymət verilməsi barədə dünya ictimaiyyətinə
çağırışı da yer alıb.

Teqlər: