Ombudsmanın təşəbbüsü ilə şəhid ailələri və qazilər üçün növbəti tibbi yardım aksiyası Ağstafada təşkil olunub (FOTO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü və “EGIS Pharmaceuticals PLC” şirkətinin dəstəyi ilə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərimiz üçün növbəti tibbi yardım aksiyası Ağstafada təşkil olunub.

Ombudsman Aparatından AzerTimes-a bildirilib ki, Ağstafa Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya çərçivəsində pulsuz tibbi xidmətlərin göstərilməsində kardioloq, nevropatoloq, endokrinoloq, ginekoloq, pediatr, psixiatr mütəxəssislər iştirak ediblər. Həkim və mütəxəssislər tərəfindən Vətən müharibəsi nəticəsində müxtəlif növ travmalar almış, doğmalarını itirmiş şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilib.

Qeyd edək ki, layihə çərçivəsində bundan öncəki tibbi yardım aksiyası Tərtərdə təşkil edilmişdi.

Teqlər: