Ombudsmanın təşəbbüsü ilə Qubada bir qrup şəhid ailəsinə və qazilərə psixoloji yardım aksiyası keçirilib (FOTO)

16-17 fevral 2021-ci il tarixlərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında Ombudsman Aparatı və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba Gənclər Mərkəzində bir qrup psixoloq və psixiatrın iştirakı ilə Vətən müharibəsi nəticəsində doğmalarını itirmiş şəhid ailələrinin üzvlərinə, həmçinin qazilərimizə psixoloji yardım göstərilib.

Əsas məqsəd müharibədən zərərçəkmiş şəxslərin post-travmatik stress mərhələsindəki psixoloji sağlamlıq vəziyyətinin düzəlməsinə yardım etmək və onlara normal həyata adaptasiya istiqamətində dəstək verməkdən ibarət olub. Aksiya çərçivəsində 10 şəhid ailəsinin üzvlərinə və 30 nəfər qaziyə psixoloji yardım göstərilib.


Teqlər: