Ombudsmanın regional mərkəzləri tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar tədbirlər keçirilib (FOTO)

Ombudsmanın Şəki və Cəlilabad Regional Mərkəzləri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbirlər təşkil edib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən Salyan Rayon Heydər Əliyev Mərkəzi, Cəlilabad Rayon Gənclər və İdman İdarəsi, Suluçeşmə kənd ümumi orta məktəbi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cəlilabad rayon nümayəndəliyi, Lənkəran Şəhər Təhsil Şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Sosial Xidmətlər Agentliyinin 13 saylı Filialı, Yardımlı rayon Heydər Əliyev Mərkəzi, Astara Rayon Heydər Əliyev Mərkəzi, Astara Pedaqoji Kolleci və Astara şəhər 1 saylı tam orta məktəbi ilə birgə videokonfrans keçirilib. Tədbirdə çıxış edən Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov iştirakçılara Ombudsmanın təbriklərini çatdırıb.

Ombudsmanın Şəki Regional Mərkəzi bu münasibətlə Qəbələ rayonu Kiçik Əmili kənd tam orta məktəbində və Şəki şəhər Kimya-biologiya təmayüllü liseydə müəllim və şagirdlərin iştirakı ilə tədbirlər keçirib. Regional Mərkəzin rəhbəri Pərviz Məmmədov tədbirlərdə çıxışı zamanı iştirakçılara Ombudsmanın təbriklərini çatdırıb.


Qeyd olunan tədbirlərdə bu əlamətdar günün tarixi və əhəmiyyəti barəsində danışılıb.

Teqlər: