Ombudsmanın Quba Regional Mərkəzi məişət zorakılığı və erkən nikahın qarşısının alınması mövzusunda maarifləndirmə tədbiri keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) Quba Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra
Hakimiyyətinin birgə təşkilatçılığı ilə məişət zorakılığı və erkən
nikahın qarşısının alınmasına həsr olunmuş maarifləndirmə tədbiri
keçirilib.

Tədbirdə çıxış edən Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri
Bəhruz Əfəndiyev bildirib ki, Azərbaycan Ombudsman təsisatı ölkə
ictimaiyyətinin diqqətini gender əsaslı zorakılıqla və məişət
zorakılığı ilə mübarizəyə cəlb etmək məqsədi ilə müntəzəm olaraq
maarifləndirmə fəaliyyəti həyata keçirir.

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il
tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli
Fəaliyyət Planı”nın məişət zorakılığının qarşısının alınması
məqsədinə nail olmaq üçün böyük əhəmiyyət kəsb etdiyi qeyd
olunub.

Tədbirdə çıxış edən digər iştirakçılar məişət zorakılığı ilə
mübarizə istiqamətində maarifləndirmə işinin, habelə bu istiqamətdə
keçirilən tədbirlərin gələcəkdə də davam etdirilməsinin
zəruriliyini vurğulayıblar.

Teqlər: