Ombudsmanın nümayəndəsi Azərbaycanda BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin ikinci koordinasiya iclasında iştirak edib (FOTO)

BMT-nin Azərbaycanda fəaliyyət göstərən Miqrasiya üzrə Şəbəkəsinin videokonfrans formatında ikinci koordinasiya iclası keçirilib. BMT-nin müxtəlif ixtisaslaşmış bölmələrinin, müvafiq dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının rəhbər və nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Şəhid ailələri və müharibə veteranları ilə iş sektorunun müdiri Turan Cahangirova da iştirak edib. Qeyd edilməlidir ki, həmin Şəbəkədə Ombudsman Aparatı da təmsil olunur.

Ombudsman Aparatından AzerTimes-a verilən məlumata görə, onlayn iclasda Şəbəkə üçün ilkin beynəlxalq sazişlərdən hesab edilən Miqrasiya üzrə Qlobal Kompaktın və 2021-2025-ci illər üzrə İnkişaf Planının icrası, Miqrasiya və İnkişaf üzrə Qlobal Forum, ölkəmizin beynəlxalq miqrasiya sahəsində tərəfdaşlığa töhfəsi və digər əlaqədar məsələlərə dair təqdimatlar edilib.
Tədbir çərçivəsində müxtəlif konsepsiya və modellərin tətbiq edilməsi ilə səciyyələnən miqrasiyanın idarə edilməsi sahəsində gələcək əməkdaşlıq və birgə təşəbbüslərlə bağlı müzakirə aparılıb.

Teqlər: