Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları şəhid Rəşad Ələkbərovun ailəsini ziyarət ediblər

Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları 44 günlük
Vətən müharibəsində şəhid olmuş Ələkbərov Rəşad İlqar oğlunun
ailəsini ziyarət ediblər.

Şəhidin anası Nailə Ələkbərova ilə keçirilmiş görüşdə
torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak
etmiş Rəşad Ələkbərovun keçdiyi şərəfli döyüş yolu və nümunəvi gənc
kimi cəmiyyətin rəğbətini qazandığı vurğulanıb, şəhid ailələrinə
göstərilən diqqətdən söz açılıb.

Görüşdə Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə
veteranlarına, onların hüquqlarının təmin olunmasına Ombudsman
tərəfindən daim xüsusi diqqət və qayğı ilə yanaşıldığı qeyd olunub,
bu sahədə həyata keçirilən fəaliyyət barədə məlumat verilib.

Görüş zamanı şəhid anasının Müvəkkilə oğlunun adının
əbədiləşdirilməsi ilə bağlı ünvanladığı müraciəti qəbul olunub,
həmçinin ona qanunvericilikdən irəli gələn hüquqları izah
edilib.

Teqlər: