Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət edib

Azərbaycan Respubliksının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın Gəncə
Regional Mərkəzinin əməkdaşları şəhid Xuduş Kazımovun ailəsini
Novruz Bayramı ərəfəsində ziyarət ediblər. Görüş zamanı ailə
üzvlərinə Ombudsmanın təbrikləri çatdırılıb. Şəhidin həyat yoldaşı
Əfsanə Kazımova ailənin qayğılarını Müvəkkil tərəfindən daim
diqqətdə saxlanıldığını bildirib.

Xatırladaq ki, Vətən müharibəsində şəhid olmuş Xuduş Kazımovun
həyat yoldaşı Ombudsmana qeydiyyat problemlərinin olması, şəhidin
Gəncə şəhərində qeydiyyatda olan övladlarının orada məktəbəqədər
təhsil alması, habelə gələcəkdə səhiyyə xidmətləri ilə bağlı
çətinliklər yaranmaması baxımından ailənin mövcud vəziyyəti nəzərə
alınmaqla Gəncədə mənzillə təmin olunmasında köməklik göstərilməsi
xahişi ilə müraciət etmişdir.

Ombudsman tərəfindən nəzarətə götürülən həmin məsələ öz həllini
tapmış və şəhidin ailəsi dövlət tərəfindən Gəncə şəhərində
ikiotaqlı mənzillə təmin edilmişdir.

Teqlər: