Ombudsman Vətən müharibəsində şəhid olmuş Emin Ağazadənin ailəsini ziyarət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva qəbul və ziyarətlər keçirərək, şəhid
ailələrinin qayğılarını öyrənməkdə davam edir.

Ombudsman Aparatından AzerTimes-a verilən məlumata görə, növbəti
görüş şəhid Emin Ağazadənin ailəsi ilə keçirilib. Novruz bayramı
ərəfəsində ailəni ziyarət edən Ombudsman Allahdan şəhidə rəhmət
diləyib. Görüşdə Ombudsman ailənin qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, Vətən müharibəsində könüllü kimi iştirak edərək
Laçın rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə şəhid
olmuş Emin Ağazadə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına
görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif
olunub.

Teqlər: