Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva Vətən müharibəsi şəhidi Elvin Məlikovun
ailəsinə baş çəkib. Şəhidin doğum günü ərəfəsində ailəni ziyarət
edən Ombudsman torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan
gənclərinin böyük qəhrəmanlıq göstərdiyini vurğulayıb.
Görüş zamanı Ombudsman ailənin qayğıları ilə maraqlanıb. Şəhidin
ailə üzvləri üçün psixoloji dəstək xidmətinin təşkili barədə
müzakirə aparılıb.
Qeyd edək ki, Vətən müharibəsində şəhid olmuş Elvin Məlikov
“Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə
təltif olunub.