Ombudsman qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün penitensiar müəssisənin ictimaiyyətə təqdimatında iştirak edib (FOTO)

15 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, millət
vəkilləri, aidiyyəti dövlət qurumları, hüquq müdafiəçiləri və KİV
nümayəndələri Ədliyyə Nazirliyi tərəfindən Bakıda inşa olunan qadın
və yetkinlik yaşına çatmayan məhkumlar üçün müasir penitensiar
müəssisəsinin ictimaiyyətə təqdimatında iştirak ediblər.

Ombudsman tədbirdə çıxış edərək, Ümumilli Lider Heydər Əliyevin
müəllifi olduğu və cənab prezident İlham Əliyev tərəfindən davam
etdirilən hüquq islahatlarından danışıb. S.Əliyeva ölkə
Prezidentinin cəza-icra siyasətinin humanistləşdirilməsi ilə bağlı
10 fevral 2017-ci il tarixli Sərəncamının penitensiar müəssisələrdə
saxlanılan şəxslərin hüquqlarının müdafiəsi və saxlanma şəraitinin
daha da təkmilləşdirilməsində rolunu qeyd edib.

Ombudsman bildirib ki, yeni penitensiar müəssisələrin açılması
məhz bu Sərəncamdan irəli gələn tələb kimi qiymətləndirilməlidir.
Müəssisənin Avropa Penitensiar Qaydaları və digər beynəlxalq
aktlarda nəzərdə tutulmuş müasir standartlara cavab verdiyi
xüsusilə vurğulanıb.

Sonra Ombudsmana müraciət edən bir qrup məhkumla söhbət
aparılıb.

Sonda məhkumlar üçün ədəbi-bədii hissə təşkil edilib.

Teqlər: