Ombudsman Mərakeşin Azərbaycandakı səfirini qəbul edib (FOTO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva Mərakeş Krallığının Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil
Embarşla görüşüb.

Ombudsman Aparatından AzerTimes-a
verilən məlumata görə, görüş zamanı ölkələr arasında ikitərəfli
münasibətlərin inkişafıbarədə danışılıb.

S.Əliyeva Mərakeş Krallığının Rabat şəhərinə rəsmi səfəri, İƏT
Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin iclasında iştirakı,
Mərakeş Krallığının ədliyyə naziri, ombudsmanı və parlament
nümayəndələri ilə görüşləri barədə danışıb. O, həmçinin iki ölkənin
ombudsman institutları arasında anlaşma memorandumunun
imzalanmasının planlaşdırıldığını əlavə edib. Ombudsman görüşdə
Mərakeş Krallığının Milli İnsan Hüquqları Şurası ilə əməkdaşlıq
perspektivlərinə də toxunub.

Daha sonra Ermənistanın Azərbaycana qarşı yürütdüyü terror
siyasəti, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalaraq
talanması, flora və faunaya vurulmuş ziyan və ərazilərin
minalanması barədə məlumat verilib.Ombudsman İkinci Qarabağ
müharibəsi dövründə Ermənistanın törətdiyi çoxsaylı müharibə
cinayətləri ilə bağlı faktları özündə əks etdirən hesabatların
hazırlanması və müvafiq beynəlxalq təşkilatlara ünvanlaması
haqqında da söz açıb.

Yekunda iki ölkənin əlaqədar qurumları arasında müsbət
təcrübələrin paylaşılmasının önəmi vurğulanıb.

Teqlər: