Ombudsman hərbi helikopterin qəzaya uğraması ilə bağlı Türkiyənin müxtəlif qurum rəhbərlərinə başsağlığı verib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyədə baş vermiş hərbi helikopter qəzası ilə bağlı Türkiyənin Baş Ombudsmanı Şeref Malkoça, İnsan Hüquqları və Bərabərlik Qurumunun rəhbəri Süleyman Arslana, eləcə də Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özorala başsağlığı ünvanlayıb.

Ombudsman Aparatından AzerTimes-a bildirilib ki, o, həlak olmuş hərbçilərə Allahdan rəhmət, yaralılara şəfa, yaxınlarına isə səbr diləyib.

Məlumat üçün bildirməliyik ki, Türkiyənin Bitlis əyalətinin Tatvan bölgəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində yüksək rütbəli hərbi qulluqçular və əsgərlər şəhid olub.

Teqlər: