Ombudsman Bursada vali və bələdiyə sədrləri ilə görüşlər keçirib (FOTO)

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Türkiyəyə səfəri
çərçivəsində Bursa valisi, Bursa Böyükşəhər və Osmanqazi
bələdiyyələrinin sədrləri ilə görüşüb.

Ombudsman Aparatından AzerTimes-a bildirilib ki, görüşlər zamanı
S.Əliyeva Azərbaycan Ombudsman təsisatının fəaliyyət istiqamətləri
barədə məlumat verib.

Bununla yanaşı, səfər çərçivəsində imzalanan Anlaşma Memorandumu
ilə Türk Dövlətləri Ombudsmanlar və Milli İnsan Hüquqları
İnstitutları Assosiasiyasının təsis edilməsinin türkdilli ölkələr
arasında əməkdaşlığın güclənməsi baxımından önəmi vurğulanıb.

Teqlər: