Ombudsman azyaşlı Zəhranın qətlə yetirilməsinin növbəti il dönümü ilə bağlı dünya ictimaiyyətinə çağırış edib

Ombudsman Səbinə Əliyeva azyaşlı Zəhranın qətlə yetirilməsinin növbəti il dönümü ilə bağlı dünya ictimaiyyətinə çağırış edib.

Ombudsman Aparatından AzerTimes-a verilən məlumata görə, müraciətdə deyilir:

“2 yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən 4 il ötür. Cəzasızlıq mühitindən istifadə edərək Ermənistanın uşaqlara qarşı terror siyasəti daha sonralar da davam etdirilərək atəşkəs dövründə və ikinci Qarabağ müharibəsində günahsız uşaqların ölümünə səbəb olmuşdur.

Belə ki, döyüş bölgəsindən uzaqda yerləşən mülki yaşayış obyektlərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 12 uşaq həlak olmuş, 50 uşaq yaralanmış, 4 uşaq hər iki valideynini, bir çox uşaq isə valideynlərindən birini itirmişdir.

Azərbaycan Ombudsmanı belə halların beynəlxalq təşkilatlar tərəfindən qətiyyətlə pislənilməli və cinayət törətmiş şəxslərə qarşı konkret hüquqi ölçü götürülməli olduğunu dəfələrlə insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların diqqətinə çatdırıb”.

Teqlər: