Ombudsman Aparatının əməkdaşları Azərbaycan Autizm Assosiasiyasının sədri ilə görüşüblər (FOTO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun
müdiri Nigar Ağayeva və Elmi-analitik sektorun baş məsləhətçisi
Yeganə Quliyeva Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur
Məmmədli ilə görüşüblər.

Görüş zamanı ölkədə bu sahədə olan mövcud problemlər və görülən
işlər haqqında söhbət aparılıb.

Daha sonra Assosiasiyanın nəzdində fəaliyyət göstərən Baki
Autizm İdman Klubu və Osmanlı Yaşam Mərkəzində təlim keçən autizm
spektr pozuntusu olan uşaqlarla və təlimçilərlə görüş
keçirilib.

Sonda uşaqlara Ombudsman Aparatının hədiyyələri təqdim
olunub.

Teqlər: