Gəncə şəhərində 2005-ci il təvəllüdlü sağlamlıq imkanları məhdud
olan yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalmasına
dair qızın ailə üzvləri tərəfindən 916 Çağrı Mərkəzinə müraciətlə
bağlı Ombudsman tərəfindən Gəncə Şəhər Prokurorluğuna sorğu
göndərilərək məsələ dərhal nəzarətə götürülüb.
Bu barədə Trend-ə Ombudsman Aparatından məlumat
verilib.
Qeyd olunub ki, bununla yanaşı, yeniyetmənin tibbi müayinəsi və
sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması üçün Tibbi Ərazi
Bölmələrini İdarəetmə Birliyinə müraciət olunub.
Aparatın əməkdaşları azyaşlı və ailə üzvləri ilə əlaqə
saxlayaraq, onun səhhəti, psixoloji durumu və hüquqlarının
müdafiəsi ilə bağlı vəziyyətlə maraqlanıblar.
Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə məsələ nəzarətdə
saxlanılacaq və zəruri dəstək göstəriləcəkdir.