Komor bayrağı altında üzən “Prestij Falkon” neft tankeri Omanın Duqm şəhərinin əsas sənaye limanı yaxınlığında batıb.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, tankerin 16 nəfərlik heyəti itkin düşüb. İtkin düşənlərdən 13-ü Hindistan, 3-ü Şri Lanka vətəndaşı olub. Gəminin vəziyyəti, yaxud suya neft sızması olub-olmadığı ilə bağlı məlumat yoxdur.
Oman rəsmiləri hadisə yerində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
2007-ci ilə aid olan 117 metr uzunluğundakı gəminin statusu məlum deyil.