Bu gün Oman Kral Donanması və İranın Hərbi Dəniz Qüvvələri birgə dəniz axtarış-xilasetmə təlimi keçirilib.
AzerTimes “Tasnim”ə istinadla xəbər verir ki, təlim Omanın Hərbi Hava Qüvvələri, Polis və Dəniz Təhlükəsizliyi Mərkəzinin dəstəyi ilə bu ölkənin sularında baş tutub.
Qeyd olunub ki, birgə dəniz təlimi bir sıra hərbi təlim proqramlarını, eləcə də dəniz və havada birgə axtarış-xilasetmə əməliyyatlarının əlaqələndirilməsi üçün müasir metodların tətbiqini əhatə edib.