Mən ölməyə hazırlaşmıram.
AzerTimes xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko xəstəliyi ilə bağlı yayılan söz-söhbətlər barədə açıqlamasında deyib.
“Ölməyə hazırlaşdığımı düşünənlər varsa, sakitləşsin. Sakit olun. Bu, messencerlərdə və Teleqram kanallarında boş fikir yürütməkdən başqa bir şey deyil. Adenovirus, yoxsa başqa nə isə? Adenovirus”, – dövlət başçısı bildirib.
Lukaşenko çox sıx qrafikinin olduğunu bildirib:
“Mənim müalicə olunmağa imkanım yox idi, Moskvaya, iməciliklərə, sonra Qrodnoya, daha sonra Qomelə getməliyəm, bütün bunlar yığılıb. Ona görə də mən ölməyəcəyəm, uşaqlar. Siz hələ çox uzun müddət mənimlə əzab çəkəcəksiniz”, – deyə prezident qeyd edib.