Ukraynalılar Krımı və Donbası ələ keçirmək naminə ölmək istəmirlər.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın keçmiş maliyyə naziri, kapitan Vladimir Omelyan deyib.
“Əgər biz Krımı ələ keçirmək və Donbası azad etmək üçün daha 300 və ya 500 min Ukrayna əsgərini göndərməyə hazır olsaq və Qərbdən lazımi sayda tank və F-16 alsaq, o zaman bunu edə bilərik. Amma mən daha 500 min insanı ölməyə hazır görmürəm”, – Omelyan bildirib.