Ölkəyə narkotik və psixotrop maddələr gətirən şəxs saxlanılıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran
İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası
vətəndaşı gömrük nəzarətindən keçərkən əl yükü rentgen yoxlama
qurğusunda yoxlanılıb və şübhəli cizgilər müşahidə olunub.

DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AzerTimes-a
verilən məlumata görə, vətəndaş şifahi sorğu-sual zamanı üzərində
gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə mütləq bəyan
olunmalı hər hansı predmetin, dərman və psixotrop maddələrin
olmadığını bildirib. Yoxlama zamanı idman çantasının içərisində 30
kapsul “Qabapentin”, 20 ədəd “Alprazolam”, 30 kapsul “Pregabalin”,
38 ədəd üzərində “ddp/M20” nişanəsi olan “Metadon” adlı həblər, 1
ədəd şəffaf rəngli sellofan torbanın içərisində isə plastik qabda-
210 ml həcmində maye halında “Metadon” aşkarlanıb.

Xatırladaq ki, “Güclü təsir edən maddələrin və onların külli
miqdarının siyahısı”na daxil edilmiş “Qabapentin”in ümumi miqdarı 3
qram, “Pregabalin”in isə miqdarı 1,5 qram, “Azərbaycan
Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop
maddələ” in III Siyahısına daxil olan “Alprazolam”ın ümumi miqdarı
0,01 qram və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi
məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxil olan
“Metadon”un miqdarı 0,76 qram, maye halındakı “Metadon”un isə
miqdarı 0,21 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: