Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, narkotik
vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri
davam etdirilir.
AzerTimes xəbər verir ki, mart
ayının 4-də saat 04:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX)
Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun
Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti
sahəsində ölkə ərazisinə narkotik vasitələrin qaçaqmalçılıq yolu
ilə gətirilməsinə cəhd göstərən 2 nəfər saxlanılıb.
Onların Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Bədəlov Nur
Məhərrəm oğlu və 1990-cı il təvəllüdlü Hüseynova Gülnar Maqsud qızı
olmaları müəyyənləşdirilmiş, əllərindəki bağlamalara baxış zamanı
içərisində təxmini çəkisi 15 kiloqram 985 qram narkotik vasitəyə
(860 qram “tiryək”, 15 kq 10 qram “marixuana”, 60 qram “heroin”, 55
qram metamfetamin və 1650 ədəd “preqabalin” həbi) bənzər
maddələraşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.