Ölkəyə avtomobil idxalı standartları cədvəli

Ölkəyə avtomobil idxalı standartları cədvəli

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 636-2012 “Yol nəqliyyatı. Ekoloji siniflər” dövlət standartına dəyişiklik edib. Bu barədə Lent.az-a Komitədən məlumat verilib.  Dəyişikliyin tətbiq vaxtı 1 aprel 2014-cü il tarixdən müəyyən edilib. Əmrə əsasən, avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu barədə cədvələ dəyişiklik olunub.

Qeyd edək ki, “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə” Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 2 nömrəli qərarına əsasən, 1 aprel 2014-cü il tarixindən Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normaları tətbiq ediləcək. 1 aprel 2014-cü il tarixindən Azərbaycan Respublikasına idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların Avro-4 ekoloji normalara uyğun olması əsas götürüləcək.


Avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu
 

Nəqliyyat vasitəsinin mənşə ölkəsi

 

Nəqliyyat vasitələrinin buraxılış illəri

Ekoloji siniflərə görə texniki reqlamentlərin tələblərinə uyğun gələn

2

3

4

5

Avropa İttifaqına daxil

olan ölkələr, benzin *

 

1997 – 2000

 

2001 – 2004

2005-dən

01.10.2009-

dan

Avropa İttifaqına daxil

olan ölkələr, dizel

 

1997 – 2001

 

2002 – 2004

2005-dən

01.10.2009-

dan

ABŞ

1996 – 2000 2001 – 2003 2004-dən  

 

 

Yaponiya

1998 – 2004 2005 – 2010

2011-dən

 

0

Çin

2004 – 2007 2008-dən 2011-dən

Koreya

2001 – 2002 2003 – 2005 2006-dan

Ukrayna, M kateqoriyalı

2006-dan 2010-dan

2014-dən

Ukrayna, N kateqoriyalı

2007-dən 2010-dan

2014-dən

Belarusiya

2006 – 2007 2008-dən

2014-dən

Özbəkistan 2007 – 2009 2010-dan 2012-dən

Qazaxıstan 2006 – 2011 2012-dən 2014-dən

Rusiya

2006 – 2007 2008-dən

2013-dən

2014-dən

Türkiyə

2009-dan

 İran 2009-dan


Onu da qeyd edək ki, Avropa İttifaqına daxildir: Avstriya, Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya,   Yunanıstan,   Danimarka,   İrlandiya,   İspaniya,   İtaliya,   Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Çex Respublikası, Bolqarıstan, Rumıniya, İsveç və Estoniya.