Ölkənizin 20%-i işğaldadır, atəşkəs istəyirsiniz? – Səfir

Ölkənizin 20%-i işğaldadır, atəşkəs istəyirsiniz? – Səfir

Ukraynaya atəşi dayandırmaq yönündə çağırışlar sinizmdir. Rusiya lideri Vladimir Putin istəyərsə, Ukraynada sülh ola bilər.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ-ın Macarıstandakı səfiri Devid Pressman deyib.

“Ölkənizin torpaqlarının 20 faizi işğal altında olduğu halda, atəşi dayandırmaq yönündə çağırış etmək sinizmdir. Atəşin dayandırılacağı halda Putinin danışıqlar masasına əyləşəcəyi, qoşunlarını çıxaracağı inandırıcı deyil”, – deyə səfir bildirib.

Teqlər: