Ölkəmizi diz çökdürmək, tükəndirmək… – Rus səfir

Ölkəmizi diz çökdürmək, tükəndirmək… – Rus səfir

Rusiya yekun olaraq Vaşinqton üçün düşmən statusu alıb və ABŞ-da heç kim Rusiya ilə dialoq əhval-ruhiyyəsində deyil.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“Əlbəttə, acınacaqlı haldır ki, bu gün Vaşinqtonda heç kim ikitərəfli münasibətləri sabitləşdirmək və ya inkişaf etdirməkdən danışmır. Rusiya burada birmənalı olaraq düşmən statusu alıb, məhv edilməli olan bədheybətlərdən biridir”, – deyə diplomat bildirib.

“Tapşırıq – ölkəmizi tükəndirmək, diz çökdürmək, onu Qərbin əmrlərini yerinə yetirməyə məcbur etmək, başqa dövlətlərlə bərabərhüquqlu danışmağa mane olmaqdır”, – səfir əlavə edib.

Teqlər: