Ölkəmizdə Tiktok və Teleqram bağlanıb? – Nazirlik açıqladı

Ölkəmizdə Tiktok və Teleqram bağlanıb? – Nazirlik açıqladı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyulması, o cümlədən Tiktok və Teleqramın bloklanması ilə bağlı iddialara münasibət bildirib.

Nazirlikdən AzerTimes-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Nazirlik heç bir internet resursuna məhdudiyyət qoymayıb”, – deyə qurum bəyan edib.

Xatırladaq ki, son günlər Azərbaycanla Ermənistan arasında baş verənlərlə bağlı Tiktok və Teleqramın bloklanmasına dair məlumatlar yayılıb.

Teqlər: