Ölkəmizdə tətbiq olunan bütün vaksinlər təhlükəsiz və effektivdir.
AzerTimes-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.
Onun sözlərinə görə, artıq 600 min nəfər hər iki dozanı alıb: “Hər iki dozanı alanlar arasında yoluxma faizi çox aşağıdır, yoluxanlar isə xəstəliyin ağır formasından qorunublar”.