Ölkəmizdə pensiya yaşı artırılır?

Ölkəmizdə pensiya yaşı artırılır?

Avropa İttifaqında pensiya yaşının artırılması ilə bağlı müzakirələr aparılır.

AzerTimes xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı rəsmi müzakirələr aparılmayıb.

“Düzdür, sosial şəbəkələrdə və mediada bununla bağlı müəyyən mülahizələr var, amma təbii ki, biz indiki halda pensiya yaşının artırılmasını məqsədəuyğun hesab etmirik. Əslində bizim təklifimiz ondan ibarət idi ki, qadınlar və kişilərin pensiya yaşı arasında fərq yaransın. Bu həm də ona görə vacibdir ki, bir sıra inkişaf etmiş ölkələrdə qadınlar kişilərdən daha tez pensiyaya çıxmaq hüququ əldə edirlər.

Biz də təklif edirik ki, oxşar praktika Azərbaycanda da tətbiq olunsun. Amma indiki halda pensiya yaşının artırılması deyil, pensiya kapitalından daha səmərəli istifadə edilməsi, orta pensiya kapitalının qanunvericiliyə gətirilməsi istiqamətində genişlənmə olması daha məqsədəuyğundur”, – deyə V.Bayramov əlavə edib.

Teqlər: