Hazırda Azərbaycanda 34 mindən çox narkotik aludəçisi var.
AzerTimes xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinin böyük məsləhətçisi Günay Məmmədova deyib.
O bildirib ki, bu rəqəm Respublika Narkoloji Mərkəzinin stataitikasına əsaslanır:
“Onlardan 556-sı qadın, 7-si isə yetkinlik yaşına çatmayanlardır”