Ölkəmizdə meymunçiçəyi testinin tətbiqinə başlandı, yoluxma…

Ölkəmizdə meymunçiçəyi testinin tətbiqinə başlandı, yoluxma…

Bu gün üçün meymunçiçəyi ilə bağlı Azərbaycanda yoluxma faktı qeydə alınmayıb.

Bu barədə AzerTimes-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, epidemioloji vəziyyət diqqətlə izlənilir və şübhəli hallar qeyd edildikdə PZR üsulu ilə laborator diaqnostika üçün bütün imkanlar mövcuddur:

“Testlərdən istifadəyə gəldikdə bu günə qədər iki testdən istifadə edilib. Müraciət edənlərdən test nümunələri götürərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Hər iki şəxsin test nəticəsi neqativdir”.

Teqlər: