Yeni koronavirus infeksiyası bildiyimiz kimi vaxtaşırı dalğalanmalar ilə təzahür edir.
AzerTimes xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, hazırda istər bizə qonşu, istərsə də ABŞ-də və Avropanın bəzi ölkələrində bunu müşahidə etmək olar:
“Bu ölkələrdə yayılan Omikron ştamının alt növləridir ki, onlar da sürətli yoluxuculuğuna baxmayaraq, əksərən yüngül formalı xəstələnməyə səbəb olurlar. Azərbaycana gəldikdə onu demək olar ki, vaxtaşırı çox cüzi dalğalanmalar olsa da, diqqət ediləsi əhəmiyyətli artımlara rast gəlinmir. Epidemioloji durum qənaətbəxş hesab edilir və nəzarət olunandır”.
“Bu infeksiyadan qurunma tədbirləri digər hava-damcı infeksiyaları zamanı (kəskin respirator virus infeksiyaları, qrip) tətbiq olunan vasitələrlə eynidir. Xüsusi olaraq risk qrupuna daxil olan insanların (hamilə qadınlar, immundefisitli, ağır xroniki xəstəliyi olanlar, ahıl şəxslər) daha ehtiyatlı olmaları tövsiyə olunur”, – deyə o qeyd edib.