Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 793 036 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 181 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 139 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 646, bu günə qədər isə ümumilikdə 6 942 791 test icra olunub.