Ölkəmizdə ilk yaşandı: yeni nəsil nəyi dəyişir?

Ölkəmizdə ilk yaşandı: yeni nəsil nəyi dəyişir?

Biz müasir təhsili qlobal əmək bazarına necə uyğunlaşmağı hindistanlılardan öyrənməliyik. Artıq gəncləri təkcə Azərbaycanın əmək bazarı üçün yox, qlobal əmək bazarı üçün hazırlamaq lazımdır.

Bu sözləri AzerTimes-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqov “Fedex” kimi sırf amerikan brendinin də CEO-sunun hindistanlı olduğu haqda danışarkən deyib.

O bildirib ki, Azərbaycan təhsili dünya qlobal əmək bazarında rəqabət aparmaq qabiliyyəti olan gənclər yetişdirməlidir:

“Bu il biz ilk dəfə Azərbaycanda riyaziyyat və texniki fənlər üzrə qəbul ballarının əvvəlki illərdən fərqli olaraq, hüquq fakültəsindən daha çox olduğunu gördük. Bu bir ilkdir!

Hesab edirəm ki, artıq Azərbaycanda təhsil sistemi bu reallıqlara uyğunlaşır və gələcəkdə Azərbaycan gəncləri də bu istiqamətdə uğurlar əldə edəcəklər. Bunun üçün müəyyən digər addımlar atılmalıdır. Azərbaycanlı gəncləri texniki, rəqəmsal sahələri güclü olan universitetlərə yönləndirmək lazımdır.

Bununla bağlı artıq Təhsil Nazirliyində proqram, layihələr icra olunur. Bu prosesi sürətləndirmək və Azərbaycanın müxtəlif bölgələrindən istedadlı gəncləri tapıb karyera relslərinə çıxarmaq lazımdır.

Qeyd etdiyim kimi, sevindirici haldır ki, təhsil nazirliyi öz üzərinə düşən müasir reallığı dərk edir və buna uyğun addım atır”.

Teqlər: