Ölkəmizdə günlük iş saatı: bu hədd keçilə bilməz

Ölkəmizdə günlük iş saatı: bu hədd keçilə bilməz

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

AzerTimes xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə təsdiq edilən 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimində qeyd edilib.

Belə ki, 2024-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. 2024-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1 901 saatdır.

Teqlər: