Ölkəmizdə dəmir yolu ilə sərnişindaşıma 2 dəfədən çox artıb

Xəbər - Fərid Zöhrabov – Trend:

Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1,2
milyon ton yük, 308 min sərnişin daşınıb.

Trend Dövlət
Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni
dövrü ilə müqayisədə müvafiq olaraq 1,2 % az və 2,4 dəfə
çoxdur.


Ötən ay sutkada orta hesabla 445 vaqon yüklənib, 379 vaqon isə
boşaldılıb. Dəmir yolunun Şimal istiqaməti üzrə 18,9 min ton, Qərb
istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton
yüklənmə işi yerinə yetirilib.

Teqlər: