Ölkəmizdə daha 90 nəfər koronaya yoluxdu

Ölkəmizdə daha 90 nəfər koronaya yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 90 yeni yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 826 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 875 nəfər müalicə olunaraq sağalıb, 10 008 nəfər vəfat edib, aktiv xəstə sayı 518 nəfərdir.

Ölkədə son sutka ərzində 1779, hazırkı dövrədək isə 7 30 759 test aparılıb.

Teqlər: