Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir.
AzerTimes xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov çıxış edib.
O bildirib ki, dünya praktikasında olduğu kimi, Azərbaycanda da 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilsin:
“Biz çoxuşaqlı ailə anlayışını 5-dən 3-ə endirsək, bu o deməkdir ki, 110 min ailə bu hüquqdan yararlana biləcək. Yəni, 110 min ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər. Çoxuşaqlı ailə anlayışına yenidən baxılsın”.