İyulun 17-də Bakı şəhəri və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 21-24° isti, gündüz 31-36° isti, Bakıda gecə 22-24° isti, gündüz 34-36° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 30-40 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacağı gözlənilir.