Hazırda iqlim dəyişikliyi, xüsusən də qlobal istiləşmə ilə bağlı ölkələr tərəfindən görülən səyləri yetərsizdir.
AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“O ölkələr ki, havaya atılan tullantıların azaldılması ilə məşğul olmalıdırlar, təəssüf ki, bu məsələdə heç bir parlaq yer yoxdur”, – Lukaşenko bildirib.
Bəzi Qərb ölkələrinin liderlərinin Bakıda keçirilən sammitdə iştirakdan niyə imtina etmələri ilə bağlı sualı cavablandıran Lukaşenko qeyd edib ki, onlar hər şeyin yaxşı olacağını və iqlimin dəyişməyəcəyini düşünürlər.