Ölkələr 2022-ci ildə pandemiya ilə mübarizə üçün qlobal sazişi müzakirə edəcək – ÜST rəhbəri

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, ölkələr 2022-ci ildə pandemiya ilə mübarizə üçün qlobal saziş üzrə danışıqlara başlayacaqlar. Bu da idarəetmə və maliyyələşdirmə mexanizmlərinin gücləndirilməsinə töhfə verəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə ÜST baş direktoru Rusiyanın “İzvestiya” qəzetində dərc olunan məqaləsində bildirib.

ÜST rəhbəri bildirib ki, bütün dünyada səhiyyə sahəsi üzrə daha möhkəm təhlükəsizlik sistemləri qurulmalıdır:


“Ölkələr 2022-ci ildə idarəetmə və maliyyələşdirmə mexanizmlərini gücləndirməyə kömək edəcək pandemiya ilə mübarizə üçün qlobal saziş üzrə, eləcə də dünyanın epidemiya və pandemiyaların qarşısını almaq, hazırlaşmaq, aşkar etmək və onlara cavab vermək üçün ehtiyac duyduğu sistemlər və alətlər üzrə danışıqlara başlayacaq”.

O, həmçinin hesab edir ki, bütün ölkələr ilkin tibbi-sanitar sisteminin gücləndirilməsinə sərmayə qoymalıdır.

Teqlər: