Ölkədə ümumi 1 milyon 700 minə yaxın avtomobil var. Onlardan 80 faizdən artığı Bakıdadır. Paytaxt ərazisində ən çox qayda pozulması dayanma və durma ilə bağlıdır.
AzerTimes xəbər verir ki, bunu xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
O qeyd edib ki, bunlar daha çox səkilərin, piyada zolaqlarının, avtobus dayanacaqlarının tutulması ilə bağlıdır:
“Hələ də avtobus zolaqlarına istədiyinmiz qədər məsuliyyətli münasibət yoxdur. Bu cür qayda pozuntuları kamera görüntüləri ilə araşdırıllr və hır birinə hüquqi qiymət verilir. Yanvar ayından bu yana 11 ay ərxində Bakıda İXM-nin 327.1 maddəsi – nişanın tələblərinin pozulmasına görə 40 mindən çox protokol tərtib olunub”.