Xəbər - Ceyhun Ələkbəbrov – Trend:
Yanvar ayının 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib.
AzerTimes-ın məlumatına görə, ilkin mərhələdə sosial cəhətdən yüksək risk qrupuna daxil olan səhiyyə işçiləri – həkim, orta və kiçik tibb heyəti, texniki heyət peyvənd olundu.
Növbəti mərhələdə tibbi cəhətdən yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin vaksinası həyata keçirildi. Bu müddət ərazində hüquq-mühafizə orqanları əməkdaşları, hərbi qulluqçular və o cümlədən, dövlət qulluqçularının peyəndlənməsi də baş tutdu.
Bu gündən etibarən isə 50 yaşdan yuxarı şəxslərin vaksinasiyasına start verildi. Bu qrupda olan vətəndaşların qeydiyyatı iki gün əvvəl başlayıb. Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülər.
Qeyd edək ki, hazırda vaksinasiya prosesi ABŞ, Avropa ölkələri, Türkiyədə və dünyanın digər qabaqcıl ölkələrində aparılır. Azərbaycan da bu qabaqcıl ölkələr sırasındadır.
Foto: Zaur Mustafayev