Ölkədə tikinti materiallarının istehsal həcmi açıqlandı

Ölkədə tikinti materiallarının istehsal həcmi açıqlandı

Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2022-ci ilin yanvar-iyun aylarında istehsalın ümumi dəyəri 520,5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,4 faiz artmışdır.

Bu barədə AzerTimes-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Dövr ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 47,8 faiz, tikinti gipsinin istehsalı 37,8 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 25,3 faiz, tikinti əhənginin istehsalı 11,4 faiz, asfaltın istehsalı isə 9,4 faiz artıb.

Teqlər: