Azərbaycanda son 1 həftə ərzində (20-26 noyabr) koronavirus (COVİD-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 17 yeni yoluxma faktı qeydə alınıb.
COVİD-19-a yoluxan 14 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 5 nəfər ölüb.