Emal sənayesində 2022-ci ilin yanvar-may aylarında 7058,7 milyon manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilib.
Bu barədə AzerTimes-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 8,9 faiz artım, tütün məmulatlarının
istehsalında 7,2 faiz, içki istehsalında isə 10,4 faiz azalma müşahidə olunub.
Bu sahələrin əsas məhsullarından marqarin istehsalı 35,4 faiz, kərə yağının istehsalı 1,4 faiz artmış, duru bitki yağlarının istehsalı isə 8,1 faiz azalıb.